EN

HƏMAS yəhudi girovları belə alçaldır - İsrail mübadiləni dayandırdı

İsrail hakimiyyəti HƏMAS-ı girovların azad edilməsi zamanı alçaldıcı mərasimlər keçirməkdə günahlandırıb və planlaşdırılan mübadiləni dayandırıb.

 
Moderator.az Publika.az - a istinadla xəbər verir ki, bu barədə "Associated Press" baş nazir Benyamin Netanyahunun ofisinin bəyanatına istinadla məlumat yayıb.
 
Qeyd edilib ki, mübadilə fevralın 22-nə planlaşdırılmışdı. İsrail 600-dən çox fələstinli məhbusu azad edəcəkdi.
 
İsrail liderinin ofisi HƏMAS-ın girovlarla rəftarını “qəbuledilməz” adlandırıb. Həmçinin bildirilib ki, indi İsrail hakimiyyəti HƏMAS-dan girovlarla bağlı bu “mərasimlərin” təkrarlanmayacağına dair zəmanət gözləyəcək və yalnız bundan sonra mübadilələr bərpa olunacaq.
Chosen
10
1
moderator.az

2Sources