EN

Yazda Rusiyadan Türkiyəyə gedən turistlərin sayı artacaq

Yanvar ayında xarici turist gəlişində rekorda imza atan Türkiyə 2025-ci il üçün 65 milyon turist hədəfi istiqamətində uğur qazanıb.

Belə ki, 2025-ci ilin yanvar ayında ziyarətçilərin ümumi sayı 2 milyon 171 min olub. Bu rəqəm 2024-cü ildə 2 milyon 47 min, 2023-cü ildə isə 2 milyon 5 min olub.

2025-ci ilin ilk ayında Türkiyəyə ən çox turist göndərən ölkə İran olub. İranı müvafiq olaraq Rusiya, Bolqarıstan, Almaniya və Gürcüstan izləyib. Rusiya müharibə mühitinə və iqtisadi məhdudiyyətlərə baxmayaraq Türkiyənin əsas turist bazarını təşkil edir. 2025-ci ilin yanvar ayında Türkiyəyə gələn rusiyalı turistlərin sayı 2024-cü ilin yanvar ayı ilə müqayisədə 11,6 faiz azalıb. Bu azalma 2024-cü ilin yanvarından 2023-cü ilin yanvarına qədər 17,6 faiz olaraq hesablanıb.

Orxan Vahidoğlu, "İki sahil"

 

Chosen
21
ikisahil.az

1Sources