EN

İki Avropa ölkəsinin Ukraynaya minlərlə əsgər göndərmək planı üzə çıxdı

Britaniya və Fransa Ukraynaya 30 min sülhməramlı göndərməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrinə istinadən yazıb.

Bildirilir ki, London və Paris Ukrayna ərazisinə sülhməramlıların yerləşdirilməsini atəşkəs razılaşmasının əldə olunması ilə əlaqələndirir.

Nəşrin yazdığına görə, ölkələr öz qoşunlarını təhdidlərdən qorumaq üçün ABŞ-ın hərbi potensialından istifadə etmək istəyirlər. Bu məqsədlə artıq Avropada olan ABŞ-ın hava hücumundan müdafiə sistemlərindən istifadə oluna bilər.

Məqalədə qeyd edilib ki, Böyük Britaniya və Fransanın təşəbbüsünün uğuru Avropa liderlərinin ABŞ prezidenti Donald Trampı Ukraynada sülhməramlıların yerləşdirilməsi planının məqsədəuyğunluğuna inandıra bilməsindən asılı olacaq.

Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya sülhməramlı kontingentin göndərilməsi ilə bağlı Avropada davam edən müzakirələri tənqid edib və bunu vaxtından əvvəl proses adlandırıb.

Chosen
27
27
publika.az

10Sources