Yazını böyüt
Yazını kiçilt
Astarada polis qanunsuz odlu silahların saxlanması və istifadəsi ilə bağlı bir neçə fakt aşkarlayıb.
Hafta.az xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində 7 nəfər rayon sakininin müvafiq sənədləri olmadan ov tüfəngi saxladığı müəyyən edilib.
Bundan əlavə, polis əməkdaşları Sım kəndi ərazisində qanunsuz ov edən bir nəfəri saxlayıb. Onun barəsində inzibati protokol tərtib edilib.