Azərbaycanda qarlı hava nə vaxta qədər davam edəcək?
Milli Hidrometeorologiya Xidmətindən “Bakuinfo”ya daxil olan xəbərdə bildirilir ki, proqnozuna əsasən, qarlı və şaxtalı hava şəraitinin fevralın 24-ü günorta saatlarınadək davam edəcəyi gözlənilir.
Sürücülərə və piyadalara təhlükəsizlik tədbirlərinə riayət etmələri tövsiyə olunur.