“Bizi çox yox, çox-çox çətin oyun gözləyir”.
“Turan Tovuz”in müdafiəçisi Emanuel Hakman Sportinfo.az-a açıqlamasında belə deyib.
Bu gün Premyer Liqada 24-cü tura yekun vurulacaq. Hesabat həftəsinin son oyun günündə “Şamaxı” ilə “Turan Tovuz” birincilərin meydanında üz-üzə gələcək.
Toqolu legioner “rəqibin öz meydanında inamlı təsir bağışladığını nəzərə alsaq, hansı amillər sayəsində hədəfə çatmağınız mümkündür” sualına cavabında aşağıdakıları söyləyib:
“Xatırlayırsızsa, qış fasiləsində qədər Şamaxıda keçirdiyimiz matçda qalib gələ bilməmişdik. Oyuna lazımi səviyyədə hazırlaşmışıq.
Meydanda verilən tapşırıqları yerinə yetirəcəyik ki, qələbə qazanaq. Az səhv etməklə buna nail ola bilərik”.