EN

Alonso Bundesliqada daha bir rekord qırdı

Fevralın 22-də Almaniya çempionatının 23-cü turda “Holşteyn” “Bayer”i qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Publika.az xəbər verir ki, “Bayer”in baş məşqçisi Xabi Alonso səfərdə məğlubiyyətsiz seriyasını 28 matça (20 qələbə, 8 heç-heçə) satdırıb. Bu, məşqçilər arasında Bundesliqa rekordudur.

Alonsonun komandası səfərdə sonuncu məğlubiyyətini 2023-cü il mayın 27-də “Bohum”la matçda (0:3) alıb.

Chosen
18
publika.az

1Sources