EN

“Turan Tovuz” qarlı havada “Şamaxı” ilə üz-üzə

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulacaq. Günün ilk oyununda “Turan Tovuz” “Şamaxı”nın qonağıdır.

Publika.az xəbər verir ki, görüş saat 14:30-da başlayıb.

Qeyd edək ki, bir neçə saat öncə “Turan Tovuz” oyunla bağlı Peşəkar Futbol Liqasına müraciət edib. Müraciətdə bildirilib ki, VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələr var.

Klubun sosial şəbəkədə yaydığı məlumata görə, bir neçə gün öncədən hava şəraitinin kəskin dəyişəcəyi haqda rəsmi proqnoz verilməsinə və bu haqda PFL-ə rəsmi məlumat vermələrinə baxmayaraq bunlar baş verib.

Peşəkar Futbol Liqası isə "Turan Tovuz"un müraciətinə belə cavab verib:

"Ölkə ərazisində qarlı hava şəraiti ilə əlaqədar gözlənildiyi kimi oyunların keçiriləcəyi bütün stadionlarda çətinliklər yaşanıb. Bütün klubların rəhbərliyinə, əziyyəti keçən hər bir əməkdaşına fədakarlıq göstərdiklərinə görə minnətdarlığımızı çatdırırıq. “Neftçi Arena”, “Liv Bona Dea Arena”, Tofiq Bəhramov adına Respublika Stadionu, Şamaxı şəhər stadionu, Zirə İdman Kompleksinin stadionu oyunlara hazır vəziyyətə gətirildi. Hamısı yüksək səviyyədə təmizləndi və oyuna yararlı duruma çatdırıldı. Komandalar dərhal qırmızı toplarla təmin olundu. Meydançalar qırmızı xətlərlə boyandı. Klublarla birgə bir komanda olaraq bu problemin aradan qaldırılması üçün əlimizdən gələni etdik.

Chosen
45
publika.az

1Sources