EN

"Tesla" avtosalonu atəşə tutuldu: Cinayətkarlar İlon Maska təhdid mesajı qoydular

ABŞ-də naməlum şəxslər "Tesla" avtosalonuna atəş açıb və şirkətin qurucusu, sahibkar İlon Maskı öldürməyə çağırıblar.

QAZİLER.AZ  Milli.Az-a istinadən xəbər verir ki, hadisə fevralın 19-da, çərşənbə günü səhər saatlarında Oreqon ştatının Salem şəhərində baş verib. Hücum nəticəsində salonun pəncərələri və bir neçə avtomobil zədələnib.

Salamat qalan pəncərələrdən birinə cinayətkarlar "İlonu öldürün" yazılı qeyd yapışdırıblar.

Hazırda polis baş verənləri araşdırır. Yerli hakimiyyət orqanları hesab edir ki, hücum Maskın sosial şəbəkələrdəki açıqlamaları ilə bağlıdır.

 

 

Chosen
12
5
qaziler.az

6Sources