Bakı. Trend:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 24-dəTürkiyəyə səfər edəcək.
Trend xəbər verirki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Lavrov Ankarada türkiyəli həmkarı Hakan Fidan ilə görüşəcək.Görüşlərdə ticarət, enerji və turizm sahələrində ikitərəfliəməkdaşlıq məsələləri geniş müzakirə olunacaq.
Eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin diplomatik səylərvasitəsilə ədalətli və daimi sülhlə başa çatdırılması məsələsigündəmdə olacaq. ABŞ-la Rusiya arasında son təmaslar və Türkiyəninbu prosesə töhfə vermək imkanları da nəzərdən keçiriləcək.
Bundan başqa, regional və beynəlxalq məsələlər, xüsusilə Suriyavə Qəzza ətrafında baş verən hadisələr barədə fikir mübadiləsiaparılacağı gözlənilir.