Lənkəranda qarlı hava şəraiti ilə əlaqədar polis əməkdaşları hərəkətin təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər həyata keçirir.
Day.Az xəbər verir ki, sürücü və piyadaların rahat və təhlükəsiz şəkildə mənzil başına çatması məqsədilə Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır.
Bununla yanaşı, vətəndaşlara lazımi kömək göstərilir və yaranan problemlərin operativ şəkildə aradan qaldırılması istiqamətində tədbirlər görülür.