Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Yığmamız DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində son matçına çıxacaq.
Tahir Baxşıyevin yetirmələri Bakıda İrlandiya millisini qəbul edəcək. Yığmamız səfərdəki məğlubiyyətin əvəzini çıxmağa calışacaq.
Qeyd edək ki, qrupun digər oyununda 1-ci yeri təmin edən İsveçrə Kosovo ilə görüşəcək.
DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsi
A qrupu, V tur
23 fevral
17:00. Azərbaycan – İrlandiya
Hakimlər: Zdravko Rutesiç (Monteneqro), Duhan Köyiçi (Türkiyə) və Nemanya Vlahoviç (Serbiya)