EN

"Zirə" - "Kəpəz" qarşılaşması təxirə salınıb

Misli Premyer Liqası XXIV turun son oyun gününün ikinci oyunu baş tutmayıb.

Qar yağması və meydanın yararsız olması səbəbindən “Zirə” - “Kəpəz” matçı təxirə salınıb.

PFL-in yaydığı açıqlamada qarşılaşmanın yeni tarixi ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilir: "Zirə İdman Kompleksinin ot örtüyü səhər saatlarından etibarən bütün lazımi tədbirlərin görülməsi nəticəsində “Zirə” – “Kəpəz” matçının keçirilməsi üçün hazır vəziyyətə gətirilsə də, oyunöncəsi qar yağışı şiddətini artırıb. Nəticədə qarşılaşmanın baş tutması üçün minimal imkanlar belə əlçatmaz olub. Matçın baş hakimi Rauf Cabbarovun meydançanı təftiş etdikdən sonra oyunun təxirə salınması barədə qərar qəbul edib. Oyunun yeni tarixi ilə bağlı əlavə məlumat veriləcək".

Qeyd edək ki, turun digər oyunlarında “Neftçi” evdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib, “Araz-Naxçıvan” “Səbail”lə 0:0, “Qarabağ” “Sabah”la 1:1 hesablı heç-heçə edib.

Chosen
29
cbcsport.az

1Sources