Perunun şimal-qərbində yerləşən Trujillo şəhərində ticarət mərkəzinin damının uçması nəticəsində azı 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat yayıb.
Peru Baş Prokurorluğu hadisəni araşdırır.
Versiyalardan birinə görə, çökməyə yağış sularının damda yığılması səbəb ola bilər.