"Zirə" - "Kəpəz" matçının tarixi bəlli olub. Manset.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb. Matç 24 fevral tarixində Zirə İdman Kompleksində keçiriləcək. Qarşılaşma saat 16:00-da başlanacaq. *** 18:20 Misli Premyer Liqasının 24-cü turunun “Zirə” - “Kəpəz” matçı baş tutmayıb. Manset.az xəbər verir ki, buna Bakıdakı Zirə İdman Kompleksinin stadionunun qarla örtülməsi səbəb olub. Meydana baxış keçirən baş hakim Rauf Cabarov matçın təxirə salınması barədə qərar verib.