Hava daha da soyuyacaq -
Gözlənilən hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq yayılıb.Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata əsasən soyuq dövrün ən aşağı temperaturu fevralın 24-ü axşamdan 25-i səhərədək gözlənilir. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 5-8, Aran rayonlarında 4-9, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta olacaq.Yollar buz bağlayacaq.