EN

Türkiyə millisinin futbolçusu "Barselona"nın HƏDƏFİNDƏ

"Barselona" "Yuventus"un futbolçusu Kenan Yıldızı hədəfləyib.

Bizim.Media xəbər verir ki, hazırda Kataloniya klubu Türkiyə millisinin hücumçusu ilə yaxından maraqlanır, lakin bilir ki, İtaliya təmsilçisi onun üçün böyük məbləğ istəyəcək.

Turin klubunun 19 yaşlı oyunçu üçün 80 milyon avro tələb etdiyi bildirilir. "Barselona" bu transfer üçün bir neçə futbolçusu ilə yollarını ayırmalıdır.

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində 37 matça çıxaraq 6 qol vurub və 5 qolun ötürməsini edib. Onun klubu ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.

Bizim.Media

Chosen
24
5
bizim.media

7Sources