EN

Qar yağacaq, külək güclənəcək. Azərbaycanda hava şəraiti kəskin dəyişir

Sabah, fevralın 20-də, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, səhər saatlarından yağıntının bəzi yerlərdə sulu qara, axşam isə qara keçəcəyi gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, havanın temperaturu gecə 1-3° isti, gündüz 4°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2-6° şaxta olacaq.

Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

Chosen
23
49
buta.media

10Sources