EN

Azərbaycanda günəş elektrik stansiyalarında istehsalın həcmi artıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda günəş elektrik stansiyaları16 milyon kilovatsaat elektrik enerjisi istehsal edib.

Bu barədə Trend-əDövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1milyon kilovatsaat və ya 5,5 dəfə çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında ölkənin elektrikenerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatısektorunda 342,9 milyon manatlıq məhsul istehsal edilmiş vəxidmətlər göstərilib.

Hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi vəemalı sektorunda istehsalın həcmi 45,8 milyon manat təşkiledib.

Chosen
25
az.trend.az

1Sources