EN

Danimarka Ukraynaya humanitar yardım üçün əlavə 56,81 milyon dollar ayıracaq

Danimarka hökuməti Kiyevə humanitar yardım və ölkənin yenidən qurulması üçün əlavə 405 milyon kron (56,81 milyon dollar) ayırır...

Poliqon xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hesabatda qeyd olunur ki, BMT-nin hesablamalarına görə, 2025-ci ildə demək olar ki, 13 milyon insanın humanitar yardıma ehtiyacı olacaq. Bu da Ukraynanın hazırkı əhalisinin üçdə birindən çoxu.

Qeyd edək ki, 2022-ci ilin fevralından bəri krallıq Ukraynaya hərbi dəstək üçün 7,2 milyard avro, mülki yardım üçün isə təxminən 709 milyon avro ayırıb.

Poliqon.info

Chosen
46
5
poliqon.info

6Sources