EN

Şolts yeni hökumət qurulana qədər kansler qalacaq - Almaniyada seçkilər

Almaniya kansleri Olaf Şolts bazar günü keçirilən Bundestaq (parlament) seçkilərindən sonra yeni hökumət qurulana qədər hazırkı vəzifəsində çalışmağa davam edəcəyini bildirib.

Modern.az xəbər verir ki, Şolts rəhbəri olduğu Almaniya Sosial Demokrat Partiyasının məğlubiyyətə uğradığını etiraf edib. Almaniya qanunları belə hallarda kansleri istefaya məcbur etmir.

“Almaniyanın doqquzuncu kansleri olmaq böyük ÅŸÉ™rÉ™fdir. Bu vÉ™zifÉ™dÉ™ sona qÉ™dÉ™r iÅŸlÉ™yÉ™cÉ™m. Ä°ndi qalib gÉ™lÉ™n partiyalar hökumÉ™t qurmaq üçün bir yol tapmalıdırlar”.

O, partiyasının gələcəkdə Almaniyada sosial-demokrat siyasətin mərkəzi rolunu qorumaq üçün mübarizə aparacaq vahid partiya olaraq qalacağına ümid etdiyini bildirib.

İlkin rəsmi məlumatlara görə, Fridrix Merzin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı/Xristian Sosial İtifaqı partiyalarının (CDU/CSU) bloku gözlənildiyi kimi Almaniya Bundestaqına seçkilərdə qalib gəlib.

Sağçı populist “Almaniya üçün Alternativ” partiyası tarixindÉ™ É™n yaxşı nÉ™ticÉ™ni É™ldÉ™ edÉ™rÉ™k ikinci olub.

Olaf Şoltsun ​​mərkəz sol Sosial Demokrat Partiyası (SPD) indiyə qədərki ən pis nəticə ilə üçüncü olub.

Almaniya Federal Seçki Komissiyasının ilkin məlumatlarına görə, Fridrix Merzin başçılıq etdiyi sağ mərkəzçi CDU/CSU bloku (Xristian Demokratik İttifaqı və Xristian Sosial İttifaqı) 28,6% səs toplayıb.

Bundan əvvəl sosioloqlar CDU/CSU-nun inamlı qələbəsini proqnozlaşdırdılar, sonra exit-poll bunu təsdiqlədi və Merz bazar günü axşam blokunun qələbəsini elan etdi.

Chosen
12
1
modern.az

2Sources