Almaniyanın “Sara Vaqenkneht Alyansı – Düşüncə və Ədalət Birliyi” partiyası 299 seçki dairəsində bülletenlər hesablandıqdan sonra beş faizlik baryeri keçməyib.
Publika.az xəbər verir ki, partiya bu nəticə ilə Bundestaqa daxil olmayacaq.
Belə ki, Ukraynaya silah verilməsinə və alman əsgərlərinin başqa ölkələrə göndərilməsinə qarşı çıxan partiya 4,972 faiz səs toplayıb.
Bundan əlavə, əvvəllər hökumət koalisiyasında olan FDP Bundestaqa daxil olmayacaq. O, cəmi 4,3 faiz səs toplayıb.
Almaniyanın hazırkı kansleri Olaf Şolts rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyasının seçkilərdə məğlub olduğunu etiraf edib. O, nəticəni “acı” adlandırıb.