EN

Tramp onunla cəmi bir neçə dəqiqə görüşüb: 1 saat əvəzinə...

ABŞ və Polşa prezidentləri Donald Tramp və Anjey Duda arasında görüş planlaşdırılan bir saat əvəzinə cəmi bir neçə dəqiqə davam edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Polşanın “Notes” portalı yazıb.

Görüş Vaşinqton yaxınlığındakı Mühafizəkarların Siyasi Fəaliyyət Konfransı çərçivəsində baş tutub. Əvvəlcə danışıqların bir saat davam etməsi planlaşdırılırdı. Lakin Tramp tədbirə gecikib. Amerika liderinin çıxışı planlaşdırıldığı üçün görüş bir neçə dəqiqə davam edib.

Portal yazır ki, Tramp ABŞ Prezidenti vəzifəsinə gəldikdən sonra Duda onunla görüşən ilk Avropa lideri olub. 

Trampın bu həftə Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşəcəyi gözlənilir.

Chosen
28
3
cebheinfo.az

4Sources