Peruda ticarət mərkəzində damın uçması fəlakətə səbəb olub.
Missiya.Az xəbər verir ki, ilkin məlumatlara görə, faciə nəticəsində 8 nəfər həlak olub, 80 nəfər isə yaralanıb.
Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib ki, Perunun Trujillo şəhərində baş vermiş hadisə zamanı həlak olanlar arasında 3 uşaq da olub. Hadisədən sonra bütün axtarış-xilasetmə işləri aparılır. Ölənlərin sayının arta biləcəyi ehtimal edilir.
Zərintac Mayisqızı Missiya.Az