EN

Zelenski Trampın 500 milyard dollarlıq xərac tələbini rədd etdi: Bayden bunu...

Ukrayna prezidenti Zelenski amerikalı həmkarı Trampın ölkəsinin verdiyi yardım müqabilində Ukraynanın mədən gəlirlərinin təhvil verilməsinə dair razılaşma çərçivəsində tələb etdiyi 500 milyard dolları ödəməkdən imtina edib.

Publika.az xəbər verir ki, Zelenski ABŞ-ın keçmiş prezidenti Co Baydenlə Ukraynaya edilən yardımın qrant olması barədə razılığa gəldiyini iddia edib. Zelenski belə deyib:

“ABŞ-dan gələn 500 milyard dollarlıq yardımı tanımaq niyyətində deyiləm. Kiminsə xoşuna gəlsə də, bəyənməsə də, 100 milyard dolları belə tanımıram. Biz prezident Baydenlə razılaşdıq ki, bu qrantdır. Qrant öhdəlik deyil. Qrantları geri qaytarmayacağıq”.

Ukrayna lideri əlavə edib ki, o, ukraynalıların 10 nəsil üçün ödəməli olacağı xəraca imza atmayacaq.

Chosen
11
publika.az

1Sources