EN

Bu yollarda sürət həddi bərpa edildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın qeyd olunan yollarında (Heydər Əliyev prospekti istisna olmaqla) dünən axşam bir daha endirilən 10 km/saat sürət həddi yenidən artırılıb.
Manset.az xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, mərkəzinin əməkdaşları tərəfindən hazırda mövcud  hava şəraiti ilə əlaqədar Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə ümumilikdə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib. Bununla yanaşı, bütün tablolarda “buzlu yol” işarəsi qoyulub.   ***
22:18
Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın qeyd olunan yollarında (Heydər Əliyev prospekti istisna olmaqla) sürət həddi əlavə 10/km saat endirilib.   Manset.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Beləliklə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən hazırda mövcud hava şəraiti ilə əlaqədar Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 50 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 30 km/saat endirilib.

Bununla yanaşı, bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Chosen
33
49
manset.az

10Sources