Avstraliya Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı yeni sanksiyalar paketi təqdim edir.
Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq bəyanatla ölkənin xarici işlər naziri Penni Vonq çıxış edib.
"Avstraliya hökuməti 70 Rusiya vətəndaşına sanksiya və 79 Rusiya şirkətinə maliyyə məhdudiyyətləri tətbiq edib" - deyən Vonq, yeni sanksiyalar paketinin Avstraliyanın 2022-ci ilin fevralından bəri tətbiq etdiyi ən əhəmiyyətli paket olduğunu əlavə edib.
Zərintac Mayisqızı Missiya.Az