EN

“Rossiya Segodnya”nın nümayəndəliyinin akkreditasiyası ləğv edilib

BBC və “Rossiya Segodnya”nın (“Sputnik-Azərbaycan”) nümayəndəlikləri ləğv edilib.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

XİN rəsmisinin sözlərinə görə, onlar yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilərlər.

Eyni zamanda, Ayxan Hacızadə qeyd edib ki, “Amerikanın Səsi” radiosunun isə müxbir akkreditasiyası ləğv edilib.

"Sputnik Azərbaycan"

Rusiyanın dövlətə məxsus "Rossiya Seqodnya" agentliyinin tərkibində fəaliyyət göstərən bir media qurumudur. 2015-ci ilin may ayında Azərbaycanda fəaliyyətə başlayan bu agentlik, ölkə və dünya xəbərlərini Azərbaycan və rus dillərində təqdim edib.

2025-ci ilin fevral ayında yayılan məlumatlara görə, "Sputnik Azərbaycan"ın Bakıdakı nümayəndəliyinin bağlanması və ya əməkdaşlarının sayının əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılıb. Bu qərarın, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin qarşılıqlı təmsilçiliyindəki uyğunsuzluğun aradan qaldırılması məqsədi ilə alındığı bildirilir.

"Amerikanın Səsi" (Voice of America)

ABŞ hökumətinin xarici auditoriya üçün nəzərdə tutulmuş beynəlxalq multimedia xəbər agentliyidir. 1942-ci ildən fəaliyyət göstərən bu təşkilat, 40-dan çox dildə, o cümlədən Azərbaycan dilində, xəbərlər, reportajlar və analitik materiallar təqdim edir.

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri və məşhur sahibkar İlon Mask “Azadlıq” radiosu* və “Amerikanın səsi”nin bağlanmasını təklif edib.

Chosen
7
1
apa.az

1Sources