EN

İlon Maskın qəribə paylaşımları hər kəsi təəccübləndirdi

Dünyanın ən varlı adamı İlon Mask son bir həftə ərzində astronavtları təhqir etməkdən tutmuş, film səhnələrini gerçək sanmağa qədər bir sıra qəribə hərəkətlər edib.

Publika.az xəbər verir ki, 400 milyard dollardan çox şəxsi sərvəti ilə dünyanın ən varlı adamı olan Mask hazırda ABŞ siyasətində mühüm fiqurdur.

Mask Donald Trampın administrasiyası zamanı yaradılmış Hökumətin Səmərəliliyi Departamentinə (DOC) rəhbərlik edir. Ağ Ev Maskın sadəcə məsləhətçi olduğunu desə də, bəziləri onun ABŞ-ın kölgə prezidenti olduğunu iddia edir. Bununla belə, Mask son zamanlar “X” sosial media platformasında kəskin hərəkətləri və paylaşımları ilə mübahisələrin mərkəzində olub.

Fevralın 20-də Mask sosial şəbəkədə Avropa Kosmik Agentliyinin astronavtı və Beynəlxalq Kosmik Stansiyanın ekspedisiya komandiri Andreas Mogensenlə mübahisə edib. Mogensen ABŞ mətbuatına verdiyi müsahibədə Maskın “Onlar siyasi səbəblərdən tərk edildi” sözlərinə kosmosda qapalı qalan astronavtları nəzərdə tutaraq “Bu yalandır” deyərək cavab verib. Mask ABŞ-ın keçmiş prezidenti Co Baydenin ona astronavtları gətirməyə icazə vermədiyini iddia edərək, astronavta təhqirlərlə cavab verib.

ABŞ prezidenti Donald Tramp altısı Meksikada yerləşən səkkiz Latın Amerikası narkotik kartelini terror təşkilatı elan edib. Bu qərardan sonra Mask xarici ölkələrdə bu kartellərə qarşı pilotsuz təyyarələrlə hücumların təşkil oluna biləcəyinə eyham vurub.

Chosen
19
publika.az

1Sources