EN

İntihara cəhd edən şairin vəziyyəti açıqlandı

Fevralın 22-də intihara cəhd edən gənc şair Həsən Kürün vəziyyəti açıqlanıb.

 Tribunainfo.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1996-cı il təvəllüdlü Həsən Kür müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:

“Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir”.

Qeyd edək ki, gənc şair Sabunçu rayonunda yerləşən “Sevinc Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü ataraq intihara cəhd edib.
İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.

Chosen
8
37
tribunainfo.az

10Sources