Bakı. Trend:
Bu gün Azərbaycan və Ermənistan arasında sülhün bərqərarolmasına Avropa İttifaqının daha böyük əngəl yaratması getdikcədaha açıq şəkildə müşahidə olunmaqdadır. Qurumun fəaliyyəti artıqbirmənalı şəkildə ona yönəlib ki, bu iki Cənubi Qafqaz ölkəsiarasında sülh və əməkdaşlıq müasibətləri bərqərar olmasın. Əkshalda Avropa İttifaqı, xüsusən də onun üzvü olan Fransa sülhəleyhinə fəaliyyət göstərməz, Ermənistanı silahlandırmaz, onurevanşizmə təhrik etməzdi.
Real vəziyyət onu göstərir ki, Avropa İttifaqı Ermənistanvasitəsilə Cənubi Qafqazda destabil durum yaratmağa can atır.Burada əsas məqsəd heç şübhəsiz ki, bu yolla Azərbaycana təsirgöstərmək, Rusiyaya qarşı regionda ikinci cəbhənin açılmasına nailolmaq, İranla bağlı daha yaxın məsafədən kəşfiyyat məlumatlarınıntoplanmasını təmin etmək, Gürcüstana qarşı Ermənistandan platsdarmkimi istifadə etməkdir. Bütün hallarda Avropa İttifaqı Ermənistanıböyük zərbə altına qoymaq hesabına olsa da, öz məqsədinə çatmaqüçün bu ölkəni fikirləşmədən qurban etməyə hazırdır. Ermənistanındüşünülməmiş və yarıtmaz xarici siyasəti də buna əlverişli zəminyaradır.
Öz məqsədinə nail olmaq üçün Avropa İttifaqının əsas fəaliyyətistiqamətlərindən biri Ermənistanı silahlandırmaqdır. Elə bundanirəli gəlir ki, yayılan məlumatlara əsasən, Avropa İttifaqı yaxıntezlikdə Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün AvropaSülh Fondundan yeni tranş ayırmağa hazırlaşır. Artıq vəsaitinayrılması ilə bağlı ilkin razılıq var. Məsələ ilə bağlı APAagentliyinə danışan mənbə bildirib: “Bu vəsaitin də Ermənistanınsilahlanması üçün istifadə olunacağı şübhə doğurmur”.
Xatırlatmaq yerinə düşərdi ki, Avropa İttifaqı Şurası AvropaSülh Fondundan Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avrodəyərində ilk yardım paketini ötən il qəbul edib. Bu dəfə dəayrılacaq yardım ən azı ötənilki qədər olması gözlənilir. Keçən ilAvropa ittifaqı Şurası iddia edirdi ki, yardımın məqsədi ErmənistanSilahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran vəfövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasınatöhfə verməkdir. Həmçinin Avropa İttifaqı tərəfindən yerləşdirilənmissiya da daxil olmaqla beynəlxalq hərbi missiya və əməliyyatlardaölkənin gələcəkdə mümkün iştirakı halında Ermənistanındayanıqlığını artırmaq və Silahlı Qüvvələrinin qarşılıqlıfəaliyyətini sürətləndirmək məqsədi daşıyır. Amma maraqlıdır ki, ovaxt yardımın tərkibinə öldürücü silahlar da daxil edilmişdi vəonlar da Ermənistana çatdırılıb. Bu dəfə də belə silahlarınErmənistana ediləcək növbəti hərbi yardım paketinin tərkibində yeralacağı şübhəsizdir. Bütün bunlara Azərbaycan haqlı olaraq etirazedir, baş verənləri regionda sülhə qarşı fəaliyyət kimiqiymətləndirir. Hələ ötən il ayrılan yardım zamanı Azərbaycan bəyanetmişdi ki, bu, yanlış və təhlükəli, regionda gərginliyin artmasınaxidmət edən addımdır. Azərbaycan Xarici İşlər Nazirliyinintəmsilçisi Ayxan Hacızadə həmin vaxt qeyd edirdi: “Avropa İttifaqıtərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzlixarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinintəzahürüdür. Ermənistana sözügedən hərbi yardım və belə yardımıngələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasınınərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altındasaxlayan, hal-hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əlçəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədədestruktiv fəaliyyətinə xidmət edəcək”.
İndi də eyni yanaşma hakimdir, ancaq təəssüf ki, Avropa İttifaqıhəqiqətləri nəzərə almaq istəmir. Əksinə, baş verənlər Ermənistanıtəxribatlara, revanşizmə həvəsləndirir, üzərinə götürdüyüöhdəliklərdən yayınmasına xidmət edir. İkinci Qarabağmüharibəsindən sonra Ermənistanın üçtərəfli razılaşmalar əsasındaüzərinə götürdüyü bir sıra öhdəliklərdən, o cümlədən Zəngəzurdəhlizinin açılmasından imtina etməsi məhz kənardan olanyardımların, edilən diqtələrin nəticəsidir. Belə vəziyyət regiondayeni qarşıdurma ehtimalını artırır, Ermənistanı yeni savaşasürükləyir. Beləliklə, Ermənistan və havadarları Cənubi Qafqazdayeni müharibə ocağı yaratmaq niyyətlərindən hələ ki, əl çəkmirlər.Elə bu səbəbdən də regionda vəziyyətin gərginləşməsinə görə bütünməsuliyyət Ermənistanın, onun himayədarlarının üzərinə düşür.
Ermənistanın militarizasiya siyasətinin davam etdirilməsifonunda Azərbaycan adekvat tədbirlər görməyə, hərbi qüdrətinidavamlı olaraq artırmağa məcburdur. İstənilən halda ölkəmizErmənistan da daxil olmaqla yaranacaq hər hansı təhdidi yerindəcəməhv etmək hüququnu özündə saxlayır və bunun nəzərə alınması qarşıtərəf üçün çox vacibdir. Hazırda baş verənlər isə ona gətiribçıxarır ki, Ermənistan yardım adı altında aldığı hərbi dəstəkləarxayınlaşır, sülhdən yayınma siyasəti yürüdür. Avropa İttifaqınınmonitorinq missiyasının fəaliyyətinin də daha iki il Ermənistanərazisində davam etdirilməsi barədə qəbul edilmiş qərar vəziyyətindaha da gərginləşməsinə xidmət edir. Azərbaycan Prezidenti İlhamƏliyev hələ cari il yanvarın 7-də yerli televiziyalaramüsahibəsində Avropa İttifaqının missiyasının müddətininuzadılmasının etimadı möhkəmləndirmədiyini, əksinə, sarsıtdığınıbir daha diqqətə çatdırıb: “Bizimlə heç bir razılıq olmadan onlarnəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm dəAvropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcəetimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçınümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və orayahansısa döyüşçülər kimi gedirlər”.
Bütün bunlar bir daha Avropa İttifaqının regionda destruktiv birfəaliyyətlə məşğul olduğunu, sülh prosesinə zərbə vurduğunu açıqşəkildə nümayiş etdirir. Lakin proseslərdən görünən həm də odur ki,Avropa İttifaqının belə fəaliyyətindən ən çox zərər görən ölkəErmənistan olacaq.
MTM Analitik Qrup