EN

"Xocalı" gəmisi Meksikanın Santa Rosalia limanına yük çatdırıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) "Handysize" tipli "Xocalı" quru yük gəmisi ABŞ-nin Kaliforniya ştatının Lonq-Biç limanından götürdüyü 30 min ton kükürd yükünü Meksikanın Santa Rosalia limanına çatdırıb.

QSC-nin məlumatına görə, yük limanda boşaldıldıqdan sonra gəmiyə ballast suyu vurulub və o, növbəti yükünü götürmək üçün ABŞ-nin Portland limanına istiqamətlənib.

Qeyd edək ki, bu gəmi ASCO-nun Xəzərdənkənar sularda yükdaşıma potensialının artırılması və fəaliyyət coğrafiyasının genişləndirilməsi məqsədilə 2024-cü ilin mayında istismara verilib.

Chosen
51
9
vergiler.az

10Sources