ADY qarlı hava şəraitində 60 minə yaxın sərnişini rahat və təhlükəsiz mənzil başına çatdırıb
ADY qarlı hava şəraitində 60 minə yaxın sərnişini təhlükəsiz mənzil başına çatdırıb.
Bu barədə Operativ Media-ya ADY məlumat verib.
21, 22, 23 fevral tarixlərində sərnişin sayı aşağıdakı kimi olub:
- 43 600 sərnişin Abşeron dairəvi,
- 3604 sərnişin Bakı–Ağstafa–Bakı,
- 787 sərnişin Bakı–Balakən–Bakı,
- 729 sərnişin Bakı–Qəbələ–Bakı marşrutu üzrə səfər edib.
Qeyd edilib ki,24 fevral reysləri (Abşeron dairəvi, Balakən-Bakı, Bakı-Ağstafa-Bakı) ilə 11 037 sərnişin daşınıb.