EN

Ukrayna Topolini də itirdi

Rusiya hərbçiləri Ukraynanın Xarkov vilayətinin Topoli kəndini nəzarətə götürüblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Mövcud vəziyyəti təhlil edən Ukrayna resursları da bu yaxınlarda etiraf etmişdilər ki, kəndin böyük əksəriyyəti artıq Rusiya ordusunun nəzarətinə keçib.

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyinin yaydığı son məlumata görə, hava hücumundan müdafiə qüvvələri 24 saat ərzində 71 Ukrayna pilotsuz təyyarəsini məhv edib.

Rusiya tərəfi hərbi aerodromların infrastrukturuna, pilotsuz uçuş aparatları operatorlarının təlim meydançalarına və Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti yerləşdirmə məntəqələrinə zərbələr endirdiyini iddia edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
77
news365.az

1Sources