EN

Prezident İlham Əliyevin Pakistana son səfəri ikitərəfli əlaqələrimizi çox böyük dərəcədə gücləndirdi - Baş nazir

Bakı. Trend:

Prezident İlham Əliyevin Pakistana son səfəri ikitərəfliəlaqələrimizi çox böyük dərəcədə gücləndirdi.

Trend xəbərverir ki, bunu Pakistan İslam Respublikasının Baş naziri MəhəmmədŞahbaz Şərif Bakıda Prezident İlham Əliyev ilə geniş tərkibdəgörüşü zamanı çıxışında deyib.

"Sizin Pakistana son səfəriniz ikitərəfli əlaqələrimizi çoxböyük dərəcədə gücləndirdi. Pakistan xalqı səfəriniz zamanı çoxsevindi və məmnun oldu. Düşünürəm ki, Azərbaycan və Pakistanxalqlarının ürəyi bir döyünür. Mən bunu tam səmimi qəlbdənsöyləyirəm. Siz hər zaman Pakistanın böyük dostu olmusunuz. SizPakistan xalqını sevirsiniz.

Eyni zamanda, Pakistanın bütün hökumətlərini, ölkəmizin bütünsiyasi partiyalarını ortaq məqsəd birləşdirir: bu, bizimAzərbaycanla, Sizinlə və Azərbaycan xalqı ilə olan dostluğumuz vəqardaşlığımızdır. Mən çox istərdim ki, sabah Şuşaya səfər edim,lakin, bildiyiniz kimi, kəskin hava şəraiti var. Mən bu iliniyulunda keçiriləcək konfransa gələn zaman həmin yerlərəməmnunluqla səfər edərdim. O vaxt biz həmin əsrarəngiz məkanlarıgörə bilərik.

Zati-aliləri, bu səhər keçirilmiş təkbətək görüşümüzdə bizim çoxyaxşı və məhsuldar müzakirəmiz oldu", - o bildirib.

Məqalədə:
Chosen
9
4
az.trend.az

5Sources