EN

Azərbaycan Ordusunun hərbçisinin ölümü ilə bağlı cinayət işi başlanılıb

Bakı. Trend:

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu,əsgər Məcidov Maqbet Xətai oğlunun ölüm faktı əsasında Naxçıvanhərbi prokurorluğunun və Azərbaycan Respublikası HərbiProkurorluğunun Kriminalistika və İnformasiya Texnologiyalarıidarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb,məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxilimüayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Bunu Trend-in sorğusuna cavab olaraq, hərbiprokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətininrəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.

"Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda AzərbaycanRespublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işibaşlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyinedilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyatakeçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinəuyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir faktavə əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır", - obildirib.

Azərbaycan
Chosen
19
13
az.trend.az

10Sources