EN

“Zirə” - “Kəpəz” oyununun vaxtı dəyişdirildi

Kəskin dəyişən hava şəraitinə görə bu günə təxirə salınmış Misli premyer-liqasının 24-cü turunun “Zirə” - “Kəpəz” matçının başlama saatı dəyişdirilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.

Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18.00-da start götürməsi qərara alınıb.

Daha əvvəl görüşün bu gün saat 16.00-da start götürməsi planlaşdırılırdı.

Chosen
70
12
football-plus.az

10Sources