EN

Ali Məhkəmədən işçi və işəgötürən mübahisələrinə dair mühüm QƏRAR

Bakı. Trend:

Azərbaycan Respublikasının Ali Məhkəməsi əmək müqaviləsinin ləğvolunması qadağan edilən işçilərə münasibətdə Əmək Məcəlləsinin70-ci maddəsinin “ç” bəndinin tətbiqi üzrə vahid məhkəmətəcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə Trend-ə Ali Məhkəmədən məlumat verilib.

İşin hallarına görə, işçi (iddiaçı) poliklinikaların birindəhəkim-mütəxəssis vəzifəsində işləyib. Poliklinikanın 17.05.2022-ciil tarixli əmri ilə iddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin «f»bəndinə (iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalarayol verməsi) göstərilən hallar nəzərə alınmaqla, Əmək Məcəlləsinin70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və yaəmək funksiyası üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud buMəcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinikobud şəkildə pozduqda) əsasən işdən azad edilib.

Həmçinin, işin halları ilə müəyyən olunur ki, iddiaçı barəsindəcinayət təqibi başlanıb, sonra onun əməlində cinayət tərkibininəlamətləri olmadığı müəyyən edilərək barəsində İnzibati XətalarMəcəlləsinin 227-ci maddəsi ilə inzibati protokol tərtibolunub.

Protokola mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi onunbarəsində üç ay müddətinə inzibati həbs tətbiq edib. O, həbsolunduğu tarixdən etibarən işə çıxmayıb, əmək funksiyalarını yerinəyetirməyib, onun həbs olunması müəyyən olunduğu andan isə əməkmüqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitamverilərək, tutduğu vəzifədən azad edilib. İddiaçı məhkəməyəmüraciət edərək, işdən çıxarılmasına əsas olan əmrin ləğv edilməsi,işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinixahiş edib.

Birinci instansiya məhkəməsi iddiaçının şikayətini təmin edərək,mövqeyini belə əsaslandırıb ki, iddiaçının himayəsində 1-ci dərəcəəlil olan anası olduğundan əmr ləğv edilməli və iddiaçı əvvəlkivəzifəsinə bərpa edilməlidir. Sonra cavabdeh qətnamədən apelyasiyaşikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təminedilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini qisməntəmin edib. Daha sonra cavabdeh kassasiya şikayəti ilə AliMəhkəməyə müraciət edib.

Kassasiya instansiya məhkəməsinin mövqeyi:

İşçinin iş yerində inzibati xətanın əlamətləri olan hərəkətləretməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi haldaişəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcburedilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinintəmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur.

Misal olaraq, fərz edək ki, işçi 5 ay və ondan artıq olanmüddətdə işə gələrək vəzifələrini yerinə yetirmir və ya əməkfunksiyalarını yerinə yetirdiyi müəssisəyə əhəmiyyətli dərəcədəzərər vurur (hətta onu yandırır), digər cinayət, inzibati xətanınəlamətləri olan hərəkətə yol verir, təqsirli olduğu sübutayetirilir və nəticədə o, məhkum edilir və ya inzibati tənbeh tətbiqedilir. Bu halların baş verməsi və sübut olması vəziyyətindəişçinin Əmək Məcəlləsinin 79-cu maddəsinə istinadla qoruma altındaolmasına əsaslanaraq işəgötürənə onunla əmək münasibətlərinə sonverilməsini qadağan etmək, işçinin hüquqlarından sui-istifadəsinəəhəmiyyətli şərait yaradaraq belə halların təkrar baş verməsihallarına rəvac verir, nəticədə işəgötürənin mənafeyinə əhəmiyyətlidərəcədə zərər vurur, ümumiyyətlə əmək və iş şəraitinin pozulmasınaşərait yaratmış olur ki, bu da mövcud hüquq münasibətlərindəbərabər olmayan bir mühit yaranması ilə nəticələnir.

Baxılan iş üzrə isə iddiaçının iş yerində qanunla qadağan olunanhallara yol verməsinin (Ona müraciət edən şəxslərin etibarındansui-istifadə etməklə aldatma yolu ilə pulun ələ keçirilməsi),əlilliyi müəyyən edilmiş ailə üzvünə qulluq etməsi ilə hər hansıbağlılığı yoxdur. Belə olan halda isə apelyasiya instansiyaməhkəməsinin iddiaçını qoruma altında olan şəxs kimiqiymətləndirərək onun iddiasını qismən təmin edərək əvvəlkivəzifəsinə bərpa edilməsinə dair mövqeyi bu qərarın əsaslandırıcıhissəsində istinad olunanlar baxımından ədalətli və qanuni hesabedilə bilməz.

Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunanimtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərəalınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyipozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlıolsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərinvə vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edənsağlamlıq imkanı məhdud olan anaya qulluq, onun sosial, tibbi vədigər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlıolmalıdır.

İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əməkvəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verənhallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədəolmadığı halda həmin normanın genişləndirici formada təfsiriişçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarınınəhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinəşərait yaratmış olur.

İşçinin iş yerində inzibati xətanın əlamətləri olan hərəkətləretməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi haldaişəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcburedilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinintəmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur.İşçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı ƏməkMəcəlləsinin 72-ci maddəsində göstərilən kobud pozuntulara yolverməsi vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaqhüququna malikdir. Lakin bu zaman baş vermiş hadisə ilə qorumaaltına alınmış hallar arasında səbəbli əlaqənin mövcudluğu mütləqmüəyyən olunmalıdır.

Belə səbəbli əlaqənin mövcudluğunun sübut edilməməsi halındaƏmək Məcəlləsinin 79-cu maddəsinə istinad edilməklə işəgötürəninhüquqlarının məhdudlaşdırılması əmək münasibətlərində bərabərolmayan mühit yaratmış olur. Belə olan halda isə apellyasiyainstansiyası məhkəməsinin iddiaçını qoruma altında olan şəxs kimiqiymətləndirərək onun iddiasını qismən təmin edərək əvvəlkivəzifəsinə bərpa edilməsinə dair mövqeyi bu qərarın əsaslandırıcıhissəsində istinad olunanlar baxımından ədalətli və qanuni hesabedilə bilməz.

Bir normanın tətbiqi digər normanın tətbiqini ümumiyyətləmümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni, Əmək Məcəlləsinin 79-cumaddəsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əməkfunksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinəgörə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamınınnormal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin,habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarınavə qanunla qorunan mənafelərinə hər hansı formada ziya dəyməsi ilənəticələnən hərəkətlərə yol verilməsi zamanı 70-ci maddənin “ç”bəndinin tətbiqi məhdudlaşdırıla bilməz.

Bu baxımdan Ali Məhkəmənin Mülki kollegiyasının qərarı iləkassasiya şikayəti təmin edilib. Apellyasiya instansiyaməhkəməsinin qətnaməsi ləğv olunub, iş üzrə yeni qərarçıxarılıb.

Məqalədə:
Chosen
1
21
az.trend.az

10Sources