EN

Azərbaycanın enoturizm imkanları İtaliyada nümayiş olunur

İtaliyanın Boloniya şəhərində keçirilən “Slow Wine” yarmarkasında Azərbaycanın icma əsaslı şərabçılıq ənənələri təqdim olunur.

Dövlət Turizm Agentliyinin məlumatına görə, ölkəmizin ikinci dəfə təmsil olunduğu sərgidə qastroturizm və enoturizm imkanları təbliğ olunaraq şərabların dequstasiyası üçün milli istehsal nümunələrindən olan biomüxtəliklik məhsulları qonaqlara tanıdılır.

Yarmarkada Azərbaycanı “Slow Wine” tələblərinə uyğun şəkildə istehsalı həyata keçirən Xocavənd rayonunun Tuğ kəndindən toplanmış eyniadlı üzüm sortlarından hazırlanmış “Xındoqnı” şərabları və digər icma əsaslı şərablar təmsil edirlər.

Qeyd edək ki, "Slow Food" hərəkatının tərkib hissəsi kimi “Slow Wine” hər bir şərab bölgəsinin unikal üzüm sortlarının xüsusiyyətlərini əsas götürərək mədəni və bioloji müxtəlifliyi, ətraf mühitə təsirlərin azaldılmasına, dayanıqlı istehsala və aqroekoloji təcrübəyə əsaslanan ənənələrin qorunmasını təbliğ edir.

Chosen
21
14
vergiler.az

10Sources