EN

Növbəti köç karvanı Ballıca kəndinə çatdı – Yenilənib

Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb.

Viral.az xəbər verir ki, bu mərhələdə 95 nəfər (22 ailə) daimi yaşamaq üçün Ballıca kəndindəki fərdi yaşayış evlərinə yerləşdirilib.

Sakinlərə mənzillərin açarları təqdim edilib.

Son Yazılar:

Bununla da bu günə qədər Ballıca kəndində 112 ailənin (562 nəfər) daimi məskunlaşması təmin olunub.

12:40

***

Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.

Viral.az APA-a istinadla xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə 22 ailə – 95 nəfər köçürülür.

Fevralın 24-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb.

Bu gün baş tutan köç də nəzərə alınmaqla Ballıca kəndinə indiyədək cəmi 112 ailə (562 nəfər) köçürülüb.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb - FOTO Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb - FOTO Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb - FOTO

Chosen
123
10
viral.az

10Sources