EN

Roma Papası vəfat edib? - Xəbər hələ ki rəsmi təsdiqlənmir

Fevralın 14-də tənəffüs yoluxucu infeksiya diaqnozu ilə xəstəxanaya yerləşdirilən 88 yaşlı Roma Papası Fransiskin səhhəti son dərəcə ağır olaraq qalır.

Modern.az xəbər verir ki, bu barədə xarici KİV-ə Vatikana yaxın məlumatlı mənbələr bildiriblər.

Bundan əvvəl baş kahin bronxial astmanın kəskinləşməsindən əziyyət çəkib, həmçinin anemiya riski səbəbindən qan köçürülüb.

Bəzi KİV-lər Papanın artıq vəfat etdiyini yazır, lakin bu xəbər hələ ki rəsmi təsdiqini tapmayıb.

Chosen
43
2
modern.az

10Sources