EN

Ballıcaya daha 22 ailə köçürüldü -YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Xocalı rayonuna qayıdışı davam edir.

Hafta.az xəbər verir ki, fevralın 24-də növbəti köç karvanı respublikamızın müxtəlif şəhər və rayonlarından Xocalıya yola salınıb. Bu mərhələdə 95 nəfərlik 22 ailə artıq daimi yaşamaq üçün Ballıca kəndindəki fərdi yaşayış evlərinə yerləşdirilib.

Ballıca kəndində mənzillərin açarları təqdim edilib, onlara doğma torpaqlarında xoşbəxt həyat arzulanıb.

Bununla da bu günə qədər Ballıca kəndində 112 ailə, yəni 562 nəfərin daimi məskunlaşması təmin olunub.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

***

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

Hafta.az xəbər verir ki, fevralın 24-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb.

Chosen
110
10
hafta.az

10Sources