EN

İki avtobus toqquşdu: Çox sayda yaralı var

Almaniyanın Saarbrüken şəhərinin Eşberq rayonunda iki ictimai avtobus toqquşub. 

News24.az xəbər verir ki, Breslauer küçəsində baş verən qəzada 5-i ağır olmaqla 35 nəfərin yaralandığı bildirilib.

Hadisə yerinə çoxlu sayda tibb və xilasetmə qrupu göndərilərkən, xilasedici helikopter də bölgəyə gəlib.

Qeyd edək ki, qəzanın baş verdiyi magistral avtomobillərin hərəkətinə bağlanıb.

Günel Məlikzadə

Chosen
84
13
news24.az

10Sources