EN

Rusiya bu yaşayış məntəqəsini ƏLƏ KEÇİRDİ

Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində Topoli adlanan yaşayış məntəqəsini ələ keçirərək əhəmiyyətli irəliləyiş əldə edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

İrəliləyişin Kupyansk-Xarkov istiqamətində, Rusiya və Ukrayna sərhədindən çox da uzaq olmadığı bildirilir: Rusiya Silahlı Qüvvələri Oskol çayının qərb sahilinədək irəliləyib.

Bundan əvvəl Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrini sıxışdıraraq Topoli qəsəbəsinin mərkəzi hissəsindəki binaları zəbt etdiyi bildirilirdi. İndi isə qəsəbənin tamamilə ələ keçirildiyi qeyd olunur.

Chosen
50
11
publika.az

10Sources