EN

Azərbaycanın enoturizm imkanları İtaliyada nümayiş olunur

Bakı. Trend:

İtaliyanın Boloniya şəhərində keçirilən “Slow Wine”yarmarkasında Azərbaycanın icma əsaslı şərabçılıq ənənələri təqdimolunur.

Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, ölkəmizin ikincidəfə təmsil olunduğu sərgidə qastroturizm və enoturizm imkanlarıtəbliğ olunaraq şərabların dequstasiyası üçün milli istehsalnümunələrindən olan biomüxtəliklik məhsulları qonaqlaratanıdılır.

Yarmarkada ölkəmizi “Slow Wine” tələblərinə uyğun şəkildəistehsalı həyata keçirən Xocavənd rayonunun Tuğ kəndindən toplanmışeyniadlı üzüm sortlarından hazırlanmış “Xındoqnı” şərabları vədigər icma əsaslı şərablar təmsil edirlər.

Fevralın 25-dək davam edəcək sərgidə 1000-dən çox şərabçı vəşərab zavodu nümayəndəsinin, o cümlədən, 10 mindən çox ziyarətçininiştirakı gözlənilir.

Qeyd edək ki, "Slow Food" hərəkatının tərkib hissəsi kimi “SlowWine” hər bir şərab bölgəsinin unikal üzüm sortlarınınxüsusiyyətlərini əsas götürərək mədəni və bioloji müxtəlifliyi,ətraf mühitə təsirlərin azaldılmasına, dayanıqlı istehsala vəaqroekoloji təcrübəyə əsaslanan ənənələrin qorunmasını təbliğedir.

Chosen
27
14
az.trend.az

10Sources