EN

Super Liqa: “Qalatasaray” - “Fənərbağça” matçı qolsuz bitdi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 25-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında iki əzəli rəqib – “Qalatasaray”la “Fənərbağça” üz-üzə gəlib. İstanbul derbisində qapılara qol vurulmayıb.

Beləliklə, geridə qalmış 25 turdan sonra 64 xala malik “Qalatasaray” hələ də vahid liderdir. “Fənərbağça” 58 xalla ikinci, “Samsunspor” 46 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş” 41, “Eyüpspor” 40, “Göztəpə” 35, “Başakşəhər” 33, “Trabzonspor” 32, “Kasımpaşa” və “Alanyaspor” 31, “Rizəspor” və “Antalyaspor” 30, “Qaziantep” 29, “Konyaspor” 25, “Sivasspor” və “Kayserispor” 24, “Bodrumspor” 23, “Hatayspor” isə 13 xal toplayıb. Sonuncu pillədə qərarlaşmış “Adana Dəmirspor”un -3 xalı var.

Türkiyə, Super Liqa
25-ci tur
21 fevral

Bodrumspor – Hatayspor 1:0
Qol: Puşkaş, 41.

Eyüpspor – Beşiktaş 1:3
Qollar: T.Bingöl, 1 – Rafa Silva, 18. Raşiça, 45+2. S.Kılıçsoy, 60.

22 fevral

Sivasspor – Konyaspor 1:1
Qollar: E.Başsan, 8 – Y.Erdoğan, 13.

Antalyaspor – Kasımpaşa 2:1
Qollar: S.Dikmen, 10. Samudio, 42 – Hayradinoviç, 90+5-pen.

Samsunspor – Rizəspor 2:3
Qollar: S.Akaydın, 23-öz qapısına. E.Kılınc, 41 – L.Satka, 52-öz qapısına. Sou, 86. Zeqiri, 88.

23 fevral

Kayserispor – Göztəpə 1:0
Qol: Nazon, 44.

Alanyaspor – Adana Dəmirspor 3:2
Qollar: A.Kurtulan, 63-öz qapısına. Haderqyonay, 68-pen. Y.Özdemir, 90 – Y.Barasi, 33; 37.

Trabzonspor – Qaziantep 3:2
Qollar: Banza, 45+2; 58. Vişça, 45+6 – S.Gülər, 77. Maksim, 85-pen.

24 fevral

Qalatasaray – Fənərbağça 0:0

Chosen
72
1
arena.az

4Sources