EN

Yamal "Barselona" ilə yeni müqavilə imzalayacaq

"Barselona"nın 17 yaşlı hücumçusu Lamin Yamal bu yay Kataloniya klubu ilə yeni uzunmüddətli müqavilə imzalayacaq.

News24.az Publika.az-a istinadla xəbər verir ki, sözləşmə 2030-cu ilə qədər qüvvədə olacaq. Bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilir ki, futbolçunun agenti Jorje Mendeş Lissabonda “Barselona”nın prezidenti Xuan Laporta və idman direktoru Deko ilə görüşməyi planlaşdırır. Danışıqlar Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində martın 5-də keçiriləcək "Benfika" - "Barselona" matçından əvvəl baş tutacaq.

Bu mövsüm Yamal bütün turnirlərdə 33 oyun keçirib, 11 qol vurub və 16 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır. "Transfermarkt"a görə, ispaniyalı vingerin bazar dəyəri 180 milyon avrodur.


Chosen
62
13
news24.az

10Sources