Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin BMT-də Ukrayna ilə bağlı anti-Rusiya qətnaməsini dəstəkləməsinə görə üzr istəyib.
Vuçiç bitərəf qalmadıqlarına görə peşman olub.
"Serbiya bitərəf qalmalı idi. Bu məsələyə kifayət qədər diqqət yetirmədiyim üçün özümdən başqa günahlandıracağım heç kim yoxdur", - deyə Serbiya lideri bildirib.
Qeyd edək ki, BMT Baş Assambleyası (GA) Ukrayna münaqişəsi ilə bağlı Rusiya əleyhinə qətnamə layihəsinə səs verib. Sənədi təkcə Ukraynanın ənənəvi tərəfdarları - Avstriya, Belçika, Almaniya, İtaliya, Kanada, Fransa deyil, Bolqarıstan, Misir, Serbiya, Slovakiya, Türkiyə də dəstəkləyib.
Mənbə: unikal.az