EN

BMT Rusiya ilə bağlı qətnamə layihəsini qəbul etdi

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını tələb edən qətnamə layihəsini qəbul edib. Metbuat.az xəbər verir ki, Ukrayna-Rusiya müharibəsinin 3-cü ildönümü ilə əlaqədar BMT Baş Assambleyası fövqəladə sessiyaya toplaşıb. Sessiyada Ukraynanın hazırladığı, “Rusiya qüvvələrinin çıxarılmasını və müharibənin dayandırılmasını” tələb edən və Avropa İttifaqı ölkələrinin dəstəklədiyi qətnamə layihəsi səsə qoyulub. Ukraynanın qanun layihəsi Baş Assambleyada 93 “hə” və 18 “xeyr” səsi ilə qəbul edilib. 65 ölkə səsvermədə bitərəf qalıb.

Səsvermədə ABŞ və Rusiya qanun layihəsinə “yox” səsi verib, Türkiyə isə “hə” deyən ölkələr arasında olub.

Chosen
78
36
metbuat.az

10Sources