Azərbaycanda gənc ana evdə uşaq dünyaya gətirib.
KONKRET.az lent.az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb.
1996-cı il təvəllüdlü şəhər sakini H.Xəlilovanın bir neçə gün əvvəl yaşadığı evdə dünyaya gətirdiyi körpə qız olub.
Fevralın 23-də isə körpə ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.